Ermənistan XİN: Türkiyə ilə dialoqda müsbət nəticələr əldə edilib

Ermənistan XİN: Türkiyə ilə dialoqda müsbət nəticələr əldə edilib
# 07 fevral 2023 20:38 (UTC +04:00)

Münasibətlərin mürəkkəbliyinə baxmayaraq, Ermənistan yardım əlini uzatdı. Həm Türkiyəyə, həm də Suriyaya humanitar yardım göstərməyə hazır olduğunu bildirdi.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyn Almaniyanın xarici işlər naziri ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Mirzoyan 1988-ci ildə Ermənistanda dağıdıcı zəlzələnim baş verdiyini xatırladıb.

Ermənistan xarici işlər naziri Türkiyə və Suriyada baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Ermənistan XİN başçısı Ermənistan və Türkiyə arasında davam edən dialoqa da toxunub: "Bildiyiniz kimi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün dialoq gedir.

Bəzi irəliləyişlərin olduğunu bilməyinizi istəyirəm. Fikrimizcə, proses bir az yavaş gedir, amma müsbət nəticələr əldə edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR