Ermənistanda 10 zabit müharibədə vəzifələrini icra etməməkdə ittiham olunur

Ermənistanda 10 zabit müharibədə vəzifələrini icra etməməkdə ittiham olunur
# 03 noyabr 2022 18:29 (UTC +04:00)

Ermənistan ordusunun 10 hərbçisi 44 günlük müharibə zamanı öz hərbi öhdəliklərini icra etməməkdə təqsirləndirilir.

APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi açıqlama yayıb.

Cinayət işinin materiallarına əsasən, 2020-ci il oktyabrın 18-də hərbi vəziyyət şəraitində hərbi hissələrdən birinin 2-ci atıcı batalyonu döyüş əməliyyatlarında iştirak üçün yola çıxıb.

Amma batalyonun bir sıra hərbçiləri, o cümlədən, batalyon komandiri və 9 zabit hərbi öhdəliklərini icra etməkdən boyun qaçıraraq daimi dislokasiya yerinə qayıdıblar.

Faktla bağlı toplanmış materiallar məhkəməyə verilməsi üçün prokurora göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR