Ermənistanda 12 vergi xidməti əməkdaşı rüşvətxorluğa görə həbs edilib

Rüşvət

© APA | Rüşvət

# 25 yanvar 2023 11:06 (UTC +04:00)

Ermənistanda 12 vergi xidməti əməkdaşı rüşvətxorluğa görə həbs edilib.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmətin məlumatına əsasən, rüşvətxorluq iddiası ilə açılan cinayət işi üzrə təqsirləndirilən 15 nəfərin hamısı vergi orqanları məmurlarıdır və onlardan 12 nəfəri məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd olunub ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşları sahibkarlıq subyektlərindən külli miqdarda rüşvət alarkən tutulublar.

Təqsirləndirilən şəxslərin ötən ilin noyabrından bu ilin yanvarına qədər müxtəlif malların ölkəyə idxalı ilə məşğul olan iş adamlarına himayədarlıq etməsi aşkarlanıb. İş adamları yükdaşımaların real dövriyyəsini və həcmini gizlətmək, habelə vergi və gömrük rüsumlarını ödəməmək qarşılığında vergi müfəttişlərinə külli miqdarda rüşvət veriblər.

Cinayət işinin ilkin istintaqı çərçivəsində 30-dan çox axtarış aparılıb, həmin şəxslərin cinayətdə iştirakını təsdiq edən məlumatlar əldə edilib, həmçinin bir neçə qanunsuz odlu silah-sursat götürülüb, istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR