Ermənistanda avtomobil dərəyə yuvarlanıb, ölən və yaralananlar var

Qəza

© APA | Qəza

# 09 yanvar 2023 09:34 (UTC +04:00)

Ermənistanda ağır yol qəzası baş verib, avtomobil dərəyə yuvarlanıb, ölən və xəsarət alanlar var.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan FHN mətbuat xidmətindən bildirilib.

Qəza Vedi-Ləncər yolunun 38-ci kilometrliyində baş verib və hadisə baş verən əraziyə təcili yardım və digər qüvvələr cəlb olunub.

Hadisə nəticəsində 2 nəfər (sürücü və sərnişin) yerindəcə dünyasını dəyişib, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR