Ermənistanda avtomobil qatarla toqquşub, 4 nəfər ölüb

Ermənistanda avtomobil qatarla toqquşub, 4 nəfər ölüb
# 19 noyabr 2022 09:27 (UTC +04:00)

Ermənistanda qatarla avtomobilin toqquşması zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, ölənlərdən biri 75 yaşlı avtomobil sürücüsü və şəxsiyyəti müəyyən olunmayan daha 3 qadındır.

Hadisə Lori vilayətinin Pəmbək kəndi yaxınlığında qeydə alınıb.

Yoldan çıxan minik avtomobili dəmir yolu xəttinin üzərinə düşüb və yük qatarı ilə toqquşub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR