Ermənistanda bankda partlayış olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB

Ermənistanda bankda partlayış olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB
# 06 iyul 2022 09:51 (UTC +04:00)

Ermənistanın Aştarak şəhərində bankda baş vermiş partlayış və yanğında 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

***

09.47

Ermənistanın Aştarak şəhərində banklardan birində yanğın baş verib.

APA xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında bank binasında əvvəl partlayış baş verdiyi, ardınca yanğın başladığı barədə məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Təfərrüat hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR