Ermənistanda bələdiyyə binasına daxil olan silahlı şəxs intihar edib - FOTO - VİDEO - YENİLƏNİB-2

Ermənistanda  bələdiyyə binasına daxil olan silahlı şəxs intihar edib - FOTO   - VİDEO   - YENİLƏNİB-2
# 20 avqust 2022 01:26 (UTC +04:00)

Ermənistanda Masis şəhər bələdiyyəsinin binasına girmiş silahlı şəxs intihar edib.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan polisi jurnalistlərə bildirilib.

“Silahlı şəxslə danışıq zamanı atəş səsi eşidilib. Polislər binaya daxil olduqda 36 yaşlı Edvard Marqaryanın odlu silahla özünə qəsd etdiyi məlum olub” – deyə xəbərdə qeyd edilir.

***

00.36

Ermənistan polisi Masis şəhər bələdiyyəsinin binasına girmiş silahlı şəxsi zərəsizləşdirib.

APA-nın xəbərinə görə, bu barədə Masis şəhər bələdiyyəsinin müavini Norayr Akopyan məlumat verib.

Silahlı şəxsin saxlanması üçün əməliyyat 3 saatdan çox davam edib. Hadisə zamanı binada mühafizəçi və xadimə olub.

***

23.36

Qumbara və tapança ilə silahlanmış şəxs Ermənistanın Ararat vilayətinin Masis şəhəri bələdiyyəsinin inzibati binasına daxil olub.

APA-nın Ermənistan mətbuatına istinadla xəbərinə görə, binada atəş səsləri eşidilib. Digər mənbələr polislə silahlı şəxs arasında danışıq getdiyini bildirir.

Hazırda bələdiyyə binası polis kordonu ilə əhatə edilib, əraziyə heç kim buraxılmır. Hadisə ilə bağlı hələ ki heç bir rəsmi məlumat verilmir.

Bələdiyyə sədrinin müavini bildirib ki, silahlı şəxs heç bir tələb irəli sürməyib, hadisənin motivi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR