Ermənistanda COVİD-19-a yoluxanların sayı 344 930  nəfərə çatıb

Ermənistanda COVİD-19-a yoluxanların sayı 344 930  nəfərə çatıb
# 31 dekabr 2021 11:14 (UTC +04:00)

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 344 930 nəfərə çatıb.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 104 nəfər COVİD-19-a yoluxub, 4 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 7 972 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində ölən olmayıb. Hazırda koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 505 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR