Ermənistanda COVID-19-a yoluxanların sayı 350 minə yaxınlaşıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 350 minə yaxınlaşıb
# 21 yanvar 2022 10:52 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 628 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 349 957 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb.

Hazırda Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8026 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR