Ermənistanda COVID-19-dan ölənlərin sayı 8 minə yaxınlaşıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 8 minə yaxınlaşıb
# 05 yanvar 2022 11:07 (UTC +04:00)

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 129 yoluxma halı qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 345 255 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 3 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 7989 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR