Ermənistanda "donuz qripi"ndən iki nəfər ölüb

Ermənistanda "donuz qripi"ndən iki nəfər ölüb
# 04 yanvar 2023 15:29 (UTC +04:00)

Ermənistanda bu mövsüm "donuz qripi"ndən (H1N1) iki nəfər ölüb.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin müdiri Romela Abovyan bildirib.

Onun sözlərinə görə, hər iki xəstənin 35 yaşı olub, onlardan biri yanaşı xəstəlikdən - piylənmədən əziyyət çəkib.

"Hazırda 209 xəstə pnevmoniya diaqnozu ilə xəstəxanalara yerləşdirilib ki, onlardan 127-si uşaqdır. Reanimasiya şöbələrində 55 nəfər var, onlardan 47-si uşaqdır. Daha 584 SARS xəstəsi respublikanın müxtəlif xəstəxanalarına yerləşdirilib, onların 96%-i uşaqdır”, - Abovyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR