Ermənistanda əsgər yanıq xəsarəti alıb

Ermənistanda əsgər yanıq xəsarəti alıb
# 25 iyul 2022 17:47 (UTC +04:00)

Ermənistanın Sünik rayonunda müddətli həqiqi hərbi xidmət qulluqçusu ağır yanıq xəsarəti alıb.

APA "Sputnik Armenia" istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 17-də sıravi əsgər Palyan Poqosyan 2-ci dərəcəli yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına çatdırılıb.

Vəziyyəti ağır olan əsgər daha sonra İrəvana aparılıb. Onun hansı şəraitdə yanması barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR