Ermənistanda 2 hərbçi həbs olunub

Ermənistanda 2 hərbçi həbs olunub
# 16 may 2022 16:48 (UTC +04:00)

Ermənistanda əsgər Argişti Yeqiyanın intiharına görə onun 2 hərbçi yoldaşı həbs edilib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi açıqlama yayıb.

Onlar Ermənistan Cinayət Məcəlləsinin 360-cı maddəsi ilə (intihar həddinə çatdırma) ittiham olunurlar.

Qeyd edək ki, Argişti Yeqiyan mayın 11-də hərbi hissələrdən birində intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR