Ermənistanda etiraz aksiyaları keçirilir, saxlanılanlar var - YENİLƏNİB

Ermənistanda etiraz aksiyaları keçirilir, saxlanılanlar var - YENİLƏNİB
# 25 aprel 2022 19:04 (UTC +04:00)

Ermənistan polisi İrəvanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının qərargahı önündə aksiya keçirən bir neçə fəalı saxlayıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyanın tərəfdarları partiyadaşlarının saxlanılma səbəbini aydınlaşdırmaq üçün iqtidar partiyasının qərargahı önünə gəlib.

Etiraz aksiyasında “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan da olub.

Ermənistan polisi İrəvanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının qərargahı önündə keçirilən aksiyada 11 nəfərin saxlanıldığını açıqlayıb.

***

17:14

Ermənistanda paytaxt İrəvan da daxil olmaqla, bir sıra şəhərlərdə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə aksiyalar keçirilir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Gəncliyin səsi” hərəkatının üzvləri 15 ali təhsil müəssisəsində “Oyan, tələbə” adlı aksiya keçirib.

Etirazçılar universitetlərin qarşısına “Oyan, tələbə” yazılmış plakatlarla toplaşıblar.

Baş nazir Nikol Paşinyanın və onun komandasının tərəfdarları isə İrəvanda parlament binasının qarşısında aksiya keçiriblər.

Spiker Alen Simonyan aksiya iştirakçıları ilə parlament binasının qarşısında görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR