Ermənistanda etiraz aksiyaları zamanı 414 nəfər saxlanılıb - YENİLƏNİB-1

Ermənistanda etiraz aksiyaları zamanı 414 nəfər saxlanılıb - YENİLƏNİB-1
# 17 may 2022 12:53 (UTC +04:00)

Ermənistan müxalifətinin İrəvan küçələrində keçirdiyi aksiyalar zamanı saxlanılanların sayı 414 nəfərə çatıb.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

***

10:11

Ermənistan müxalifətinin İrəvan küçələrində keçirdiyi aksiyalar zamanı azı 155 nəfər saxlanılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət üzvləri eyni anda şəhərin 50-yə qədər küçə və prospektini bağlamağa cəhd göstərib.

***

08:46

Ermənistanda müxalifət paytaxt İrəvanın küçələrini bloklamağa başlayıb.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Polis aksiyanın qarşısını almağa, yolları açmağa çalışır. Etirazçılar arasında saxlanılanlar var.

Serj Sarkisyanın rəhbəri olduğu Respubika Partiyasının sədr müavini Armen Aşotyan, keçmiş deputat Naira Zöhrabyan, Robert Koçaryanın oğlu Levon Koçaryan və digərlərinin polis tərəfindən saxlanıldığı məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR