Ermənistanda etirazçılarla polis arasında toqquşma olub, saxlanılanlar var - YENİLƏNİB

Ermənistanda etirazçılarla polis arasında toqquşma olub, saxlanılanlar var - YENİLƏNİB
# 27 aprel 2022 17:35 (UTC +04:00)

İrəvanın mərkəzində müxalif “Şərəf duyuram” fraksiyasının keçirdiyi aksiya zamanı toqquşma olub.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Azadlıq meydanında polislə etirazçıların toqquşması zamanı bir neçə nəfər saxlanılıb.

“Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan tərəfdarlarına meydandan çəkilmək göstərişi verdikdən sonra toqquşmalar dayanıb. O, 5 aksiya iştirakçısının saxlanıldığını söyləyib.

***

16:17

44 günlük müharibə zamanı ölən hərbçilərin valideynləri İrəvanda Ermənistan Baş Prokurorluğunun qarşısında aksiya keçirib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın həbs olunmasını tələb ediblər.

Etirazçılar Baş Prokurorluq Paşinyanı təqsirləndirilən şəxs kimi istintaqa cəlb etməyənə qədər dağılışmayacaqlarını bəyan ediblər.

Xatırladaq ki, artıq bir neçə gündür Nikol Paşinyanın istefası tələbi ilə Ermənistanın bir neçə şəhərində aksiyalar keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR