Ermənistanda həbsxana rəisi rüşvətə görə həbs olunub

Ermənistanda həbsxana rəisi rüşvətə görə həbs olunub
# 18 sentyabr 2019 12:58 (UTC +04:00)

Ermənistanın Araqacotn mərzi bölgəsində yerləşən Koş həbsxanasının rəisi Lyova Bağdasaryan rüşvət aldığına görə həbs olunub.

APA-nın "armenpress.com"a istinadən verdiyi xəbərə görə, bu barədə həbsxananın sözçüsü Nona Navikyan bildirib.

"O, dünən gecə rüşvət almaq ittihamı ilə Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. Başqa detallar barədə məlumat verə bilmərəm. İstintaq davam edir", - deyə Navikyan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR