Ermənistanda hərbçi ölü tapılıb

Ermənistanda hərbçi ölü tapılıb
# 11 may 2022 16:03 (UTC +04:00)

Ermənistanda hərbi qulluqçu ölü tapılıb.

APA shamshyan.com saytına istinadən xəbər verir ki, Basarkeçərdəki (Vardenis) hərbi hissələrdən birinin ərazisində 20 yaşlı əsgər Arqişti Yeqyanın meyiti aşkar olunub.

Onun ürək nahiyəsindən güllə yarası aldığı müəyyən olunub. Yeqoyanın Gorus şəhərindən hərbi xidmətə çağırıldığı bildirilir.

Ölüm faktı ilə bağlı Ermənistan İstintaq Komitəsi araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR