Ermənistanda hərbçilər arasında atışma olub, ölən var - VİDEO

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var - VİDEO
# 01 aprel 2023 11:18 (UTC +04:00)

Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölümlə nəticələnən hadisə olub.

APA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqində qeydə alınıb.

Əlverişsiz hava şəraitində yanlışlıqla erməni hərbçilər bir-biri ilə atışmaya girib. Nəticədə, hərbi qulluqçu Qraçya Saruxanyan ölüb, daha 1 hərbi qulluqçu isə yaralanıb.

İnsidentin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR