Ermənistanda hərbi hissə komandiri yanacaq oğurlayıb

Yanacaq

© APA | Yanacaq

# 02 dekabr 2022 17:25 (UTC +04:00)

Ermənistanda hərbi hissə komandiri yanacaq üçün ayrılan talonları mənimsəyib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Yüksək rütbəli hərbçi bir il ərzində 8 tondan çox benzin və dizel yanacağı talonunu mənimsəyib. Onun 1 il ərzində mənimsədiyi yanacaq talonlarının pul ekvivalentində ümumi dəyəri 2,44 milyon dram (6 min ABŞ dolları) təşkil edib.

Hərbi hissə komandiri barədə açılmış iş Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib və özünü təqsirli bilən şəxs əməllərini etiraf edib, dövlətə dəymiş ziyanı da ödəyib.

Prokuror isə Ermənistan Müdafiə Nazirliyi qarşısında təqsirləndirilən şəxsin hərbi xidmətini bundan sonra da hərbi hissə komandiri kimi davam etdirməsinin məqsədəuyğunluğunu nəzərdən keçirməsi barədə vəsatət qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR