Ermənistanda hərbi hissədə ölüm hadisəsi baş verib

Ermənistanda hərbi hissədə ölüm hadisəsi baş verib
# 16 iyul 2022 13:25 (UTC +04:00)

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölüm hadisəsi baş verib.

APA “armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 15-də hərbi hissələrdən birinin təcili tibbi yardım məntəqəsinin rəisi, feldşer 1985-ci il təvəllüdlü Kristin Çiçyan xəsarət alıb. O, xəstəxanaya aparılsa da, iyulun 16-da vəfat edib.

Onun hansı şəraitdə xəsarət alması məlum deyil.

Ermənistan MN-dən o da bildirilib ki, hadisənin baş vermə şəraitinin müəyyən edilməsi üçün araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR