Ermənistanda hərbi hissədə yanğına səbəb sobanın benzinlə yandırılması olub

Arqişti Kərəmyan

© APA | Arqişti Kərəmyan

# 19 yanvar 2023 12:01 (UTC +04:00)

Ermənistanda hərbi hissələrdən birində bu gün baş vermiş yanğına səbəb yanacaqdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması olub.

APA xəbər verir ki, bunu hökumətin iclasında çıxışı zamanı Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan deyib.

O, həmçinin bildirib ki, “2 və daha çox insanın ölümünə səbəb olan” və “ətrafdakılar üçün təhlükə yaradan materialların istifadəsi qaydalarının pozulması” üzrə cinayət işi başlanıb.

Kərəmyan qeyd edib ki, hadisə baş verən ərazidə müstəntiqlər araşdırma aparır və ilkin məlumatlara əsasən, hərbçilər istilik sobasını benzinlə yandırmağa cəhd ediblər, yanğın da bu səbəbdən baş verib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi 15 nəfərin ölümünə səbəb olan yanğınla əlaqədar yüksək vəzifəli şəxslərin istefaya göndərilməsi faktını, ölü və yaralı sayını təsdiqləyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan iclas zamanı qeyd edib ki, qaydalara əsasən Ermənistan Silahlı Qüvvələrində soba yandırmaq üçün benzindən istifadə etmək qadağandır.

Paşinyan onu da əlavə edib ki, hərbi hissədə baş vermiş yanğına görə, məsuliyyət daşıyanların hamısına qarşı sərt cəzalar tətbiq olunacaq və hər hansı güzəştdən söhbət gedə bilməz.

Ermənistan Baş Prokurorluğu məlumat yayaraq hərbi hissədə baş vermiş yanğın zamanı 15 nəfərin ölməsi və 1-i zabit olmaqla 7 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələrini təsdiqləyib.

Xatırladaq ki, Ermənistanda hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 3 nəfər isə yanıq xəsarətləri ilə Basarkeçər rayonunun tibb mərkəzinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR