Ermənistanda hərbi hissədə yanğında 15 nəfər ölüb - YENİLƏNİB

Ermənistanda hərbi hissədə yanğında 15 nəfər ölüb - YENİLƏNİB
# 19 yanvar 2023 08:02 (UTC +04:00)

Ermənistanda hərbi hissədə gecə saatlarında baş verən yanğında 15 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Yanğında ölən və yaralananların sayı dəqiqləşdirilir. Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

***

07.34

Ermənistanın hərbi hissələrindən birində gecə saatlarında yanğın baş verib, ölən və yaralananlar barədə məlumatlar dəqiqləşdirilir.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Yanğın naməlum səbəbdən Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR