Ermənistanda işdən çıxarılan vəzifəli şəxslərin yerinə müvəqqəti təyinat olub

Ermənistanda işdən çıxarılan vəzifəli şəxslərin yerinə müvəqqəti təyinat olub
# 19 sentyabr 2019 19:49 (UTC +04:00)

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin direktoru və Polis rəisi vəzifələrinə müvəqqəti təyinat olub.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidenti Armen Sarkisyanın müvafiq qərarı ilə Eduard Martirosyan Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti direktoru təyin olunub.

Digər bir qərarla isə Arman Sarksiyan Ermənistan Polisinin müvəqqəti rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Ermənistan Polisinin rəisi Valeri Osipyan vəzifələrindən azad ediliblər. Daha sonra Valeri Osipyan Ermənistanın Baş naziri Nikol Paşinyanın baş müşaviri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR