Ermənistanda məhbus müalicə olunduğu xəstəxanadan qaçıb

Ermənistanda məhbus müalicə olunduğu xəstəxanadan qaçıb
# 18 noyabr 2019 10:46 (UTC +04:00)

Ermənistanda məhbus müalicə olunduğu xəstəxanadan qaçıb.

APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 1988-ci il təvəllüdlü Araik Sarkisyan müalicə olunduğu paytaxt İrəvanda yerləşən “Erebuni” xəstəxanasından qaçıb. Hadisə bu gün səhər saat 05:00 radələrində baş verib.

Qeyd olunub ki, A. Sarkisyan əvvəllər bir neçə dəfə mühakimə olunub.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən onun axtarışı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR