Ermənistanda müxalifət lideri deputat mandatından imtina edir

Artur Vanetsyan

© APA | Artur Vanetsyan

# 21 iyun 2022 13:59 (UTC +04:00)

Ermənistan parlamentinin deputatı, “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan deputat mandatından imtina edir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, özü bu barədə deyib.

Vanetsyan parlamentin ölkəni böhrandan çıxarmaq üçün effektiv meydan olmadığını və başçılıq etdiyi “Vətən” partiyasının qanunverici orqandan kənarda siyasi mübarizəni davam etdirəcəyini deyib.

“Vətən” partiyasının parlamentdən getməsi ilə Respublika partiyasının da daxil olduğu “Şərəf duyuram” parlament bloku faktiki olaraq dağılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR