Ermənistanda müxalifət partiyası parlamentdə fəaliyyətini dayandırıb

Erməni Dirçəliş Partiyası

© APA | Erməni Dirçəliş Partiyası

# 29 noyabr 2022 15:00 (UTC +04:00)

“Dirçələn Ermənistan” partiyası Ermənistan parlamentində fəaliyyətini dayandırıb.
APA xəbər verir ki, bu barədə “News.am“ partiyanın bəyanatına istinadən məlumat yayıb.

“Dirçələn Ermənistan Partiyası Şurasının 28 noyabr 2022-ci il tarixli qərarına əsasən, partiya ölkə parlamentində fəaliyyətini dayandırır" – müxalifət partiyasının bəyanatında deyilir.

Bəyanatda xüsusilə vurğulanıb ki, partiyanı təmsil edən 4 deputatdan üçü – partiya sədri Vahe Akopyan, sədr müavinləri Ripsime Stambulyan və Yelena Kirakosyan qanunvericiliyə müvafiq qaydada istefa ərizəsi təqdim ediblər.

Partiya üzvlərindən biri olan Zemfira Mirzoyeva öz xahişi ilə partiya üzvlüyünü müvəqqəti olaraq donduraraq, deputatlıq fəaliyyətini davam etdirəcək. O 8-ci çağırış Ermənistan parlamentində ölkənin Assuriya icmasını təmsil edir.

Partiya Şurasının qərarına əsasən, deputat mandatı almaq növbəsi partiya üzvlərinə çatdığı halda, onlar mandatı qəbul etmək məsələsində sərbəstdir. Mandat almaq qərarını qəbul edən şəxslər isə partiya üzvlüyündən çıxmalıdır.

Əlavə olunub ki, partiya özünün elan etdiyi dəyərlər və siyasət çərçivəsində müxalifət düşərgəsində fəaliyyətini davam etdirəcək.

Beləliklə, “Hayastan” blokunda faktiki olaraq yalnız “Daşnaksutyun” partiyası qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR