Ermənistanda ötən il cinayətlərin sayı 7 min artıb

Ermənistanda ötən il cinayətlərin sayı 7 min artıb
# 11 mart 2023 14:20 (UTC +04:00)

Ermənistanda ötən il qeydə alınan cinayətlərin sayı 7 min artıb.

APA xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, 2022-ci ildə ölkədə 37 600-dən çox cinayət faktı qeydə alınıb ki, onların arasında xüsusilə ağır cinayətlərin sayı artıb.

Məişət zorakılığı hallarının sayı 140-dan çox azalıb. Ermənistan ordusunda cinayətlərin sayı təxminən 380-ə yaxın azalıb və keçən il təxminən 1700 belə fakt qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR