Ermənistanda polis şöbəsinin rəisi tutulub

Ermənistanda polis şöbəsinin rəisi tutulub
# 19 noyabr 2019 16:09 (UTC +04:00)

Ermənistanın Tumanyan rayon polis şöbəsinin rəisi tutulub.

APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, Tumanyan rayon polis şöbəsinin rəisi Lernik Qiqolyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, L. Qiqolyan 2018-ci ildə Tumanyan rayon polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR