Ermənistanda qızılcaya yoluxanların sayı 20-yə çatıb

Xəstəxana

© APA | Xəstəxana

# 06 mart 2023 10:31 (UTC +04:00)

Ermənistanda qızılcaya yoluxanların sayı 20 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib və artıq 1 nəfər evə buraxılıb.

Qeyd olunub ki, 19 nəfər ümumiyyətlə peyvənd olunmayıb, 1 nəfər isə cəmi 1 doza preparat qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR