Ermənistanda Rusiya hərbi bazası qarşısında aksiya keçirilir, 65 nəfər saxlanılıb - YENİLƏNİB

Ermənistanda Rusiya hərbi bazası qarşısında aksiya keçirilir, 65 nəfər saxlanılıb - YENİLƏNİB
# 08 yanvar 2023 15:26 (UTC +04:00)

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında Rusiya əleyhinə aksiya keçirilir.

APA-nın “Sputnik Armenia”-ya istinadın verdiyi xəbərə görə, Ermənistan Polisi indiyə qədər saxlanılan aksiyaçıların sayını açıqlayıb.

İndiyə qədər 65 aksiya iştirakçısı saxlanılıb.

***

saat 14.33

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında Rusiya əleyhinə aksiya keçirilir.

APA-nın “Sputnik Armenia”-ya istinadən verdiyi xəbərə görə, Laçın dəhlizində yaranmış vəziyyətə görə sülhməramlıları ittiham edən aksiyaçıların məqsəd Rusiya hərbi bazasını mühasirəyə almaqdır.

Aksiyaçılar Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə şüarlar səsləndirirlər.

Polis hərbi bazaya gedən yolu bağlayıb. Saxlanılanlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR