Ermənistanda silahlı insident zamanı ölənlərin sayı artıb - YENİLƏNİB - VİDEO

Ermənistanda silahlı insident zamanı ölənlərin sayı artıb  - YENİLƏNİB  - VİDEO
# 20 iyun 2022 01:13 (UTC +04:00)

Ermənistanda atışmada ölənlərin sayı artıb.

APA news.am-a istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan daha biri vəfat edib. Beləliklə, silahlı insidentdə ölənlərin sayı ikiyə çatıb.

***

00.39

Ermənistanın Araqatsotn vilayətində silahlı insident baş verib.

APA-nın shamshyan.com-a istinadla xəbərinə görə, Hadisə Niqavan kəndində qeydə alınıb.

Saat 20.00 radələrində xəstəxanaya odlu silah yarası ilə 7 nəfər daxil olub. Onlardn biri xəstəxanada keçinib, digərləri isə ilk yardım göstərildikdən sonra İrəvandakı tibb müəssisələrinə göndərilib.

Hadisə yerində istintaq qrupu işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR