Ermənistanda son iki gündə yol qəzalarında 5 nəfər ölüb, 50 nəfər yaralanıb

Polis

© APA | Polis

# 03 yanvar 2023 12:45 (UTC +04:00)

Bu ilin yanvarın 1-2 tarixlərində Ermənistanda baş verən yol qəzalarında 5 nəfər ölüb, 50 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, bu günlərdə baş vermiş yol qəzalarının sayı 41-dir.

Həmçinin Ermənistanda yeni ilin ilk günlərində 65 cinayətin üstü açılıb. Onlardan 25-i məişət zorakılığı, 6-sı narkotik vasitələr, 4-ü dələduzluq, 3-ü oğurluq, 2-si silah saxlama və əmlakın məhv edilməsi və 1 cinayət vəzifə saxtakarlığı və ya vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır.

O da əlavə olunub ki, axtarışda olan iki şəxs polis tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR