Ermənistanda sürüşmə nəticəsində yaşayış binası uçub

Ermənistanda sürüşmə nəticəsində yaşayış binası uçub
  • Clock-gray 14:43
  • calendar-gray 17 Oktyabr 2019

Ermənistanın Qafan rayonunda sürüşmə baş verib.

APA-nın "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, sürüşmə nəticəsində ikimərtəbəli yaşayış binası uçub, dağıntılar altında qalanlar var.

Qeyd olunur ki, hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Lazım olan texnika həm də rayon meriyası tərəfindən təmin edilib.

İlkin Cəlilov

Digər xəbərlər

Arxiv

date