Ermənistanda təyyarə qəzasında Rusiya vətəndaşları ölüb - YENİLƏNİB

Ermənistanda təyyarə qəzasında Rusiya vətəndaşları ölüb - YENİLƏNİB
# 01 dekabr 2022 16:55 (UTC +04:00)

Ermənistanda B55 təyyarəsinin qəzaya uğraması zamanı 2 Rusiya vətəndaşı həlak olub.

APA Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerindən meyiti tapılan pilotların Rusiya vətəndaşı olduqları müəyyənləşib.

Xatırladaq ki, qəza bu gün Kotayk vilayətində qeydə alınıb.

***

15:06

Ermənistanda B55 təyyarəsi qəzaya uğrayıb.

APA Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerindən 2 meyit tapılıb.

Təyyarə Kotayk vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Sloveniya vətəndaşlarının olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR