Ermənistanda yanaraq ölən 15 əsgərə görə komandir həbs edilib

Ermənistanda yanaraq ölən 15 əsgərə görə komandir həbs edilib
# 18 mart 2023 11:21 (UTC +04:00)

Ermənistanda yanğın zamanı 15 hərbçinin ölümündə təqsirləndirilən kapitan Yeqişe Akopyan iki ay müddətinə həbs edilib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.

Yanğın yanvarın 19-da saat 01:30 radələrində Qeqarkunik rayonunun Azat kəndindəki kazarmada baş verib. Nəticədə 15 çağırışçı həlak olub, daha 7 nəfər xəstəxanaya aparılıb.

Cinayət işinin materiallarına görə, Akopyan kazarmadakı sobanı benzinlə yandırıb və bu da yanğına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR