Ermənistanda yeni atom enerji blokunun tikintisi üçün İşçi Qrup yaradılıb

Ermənistanda yeni atom enerji blokunun tikintisi üçün İşçi Qrup yaradılıb
# 06 iyun 2023 12:27 (UTC +04:00)

Ermənistanda yeni atom enerji blokunun tikintisi üçün İdarələrarası İşçi Qrupun yaradılması barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin elektron portalında məlumat verilib.

Qeyd olunub ki, Baş nazirin qərarı ilə İşçi Qrupunun tərkibi də təsdiq edilib.

“Yeni AES qurğusunun tikintisinin, kiçik modul reaktorların yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı məsələlərin müzakirəsi, o cümlədən zəruri texnologiyaların seçilməsi və gələcək addımların ardıcıllığının müəyyən edilməsi üçün təhlillərin aparılması üçün İdarələrarası İşçi Qrupu yaradılsın və onun tərkibi təsdiq edilsin”, - qərarda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR