Ermənistandan Avstraliyaya narkotik göndərməyə çalışan İran vətəndaşı saxlanılıb

Ermənistandan Avstraliyaya narkotik göndərməyə çalışan İran vətəndaşı saxlanılıb
# 07 iyun 2023 13:07 (UTC +04:00)

Ermənistandan Avstraliyaya 1,5 kq narkotik vasitə olan metanfetamin göndərməyə cəhd edən İran vətəndaşı saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti bildirib.

Qeyd edildiyi kimi, İrəvanın Zvartnots Beynəlxalq Hava Limanının yük terminalında tapılan narkotik vasitə iki kitabın üz qabığında gizlədilib və qaçaqmalçılıq yolu ilə Avstraliyaya göndərilməsi nəzərdə tutulub.

Narkotik vasitələri göndərməyə çalışan İran vətəndaşı gömrük xidməti əməkdaşları tərəfindən aşkar olunub və saxlanılıb.

İş üzrə materiallar və aşkar edilmiş narkotik vasitələr sübut kimi ölkənin İstintaq Komitəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR