Ermənistandan Rusiyaya gedən yeganə quru yolu bağlanıb

Ermənistandan Rusiyaya gedən yeganə quru yolu bağlanıb
# 25 yanvar 2022 12:01 (UTC +04:00)

Güclü qar səbəbilə Ermənistandan Rusiyaya gedən yeganə quru yolu Gürcüstan ərazisində bağlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayıb.

Bildirilib ki, qar səbəbilə Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars gömrük keçid məntəqəsinə aparan beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi seksiyasında hərəkət dayanıb, yola yük maşınlarının daxil olmasına icazə verilmir. Digər növ maşınların hərəkəti isə maneəsiz davam edir.

Mtsxeta-Stepantsminda-Lars magistral yolu Gürcüstan ərazisində keçməklə Ermənistandan Rusiyaya gedən yeganə magistral yoldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR