Ermənistanın Baş prokuroru Ohanyanın məsuliyyətə cəlb olunmasını tələb edir

Seyran Ohanyan

© APA | Seyran Ohanyan

# 20 yanvar 2023 12:18 (UTC +04:00)

Ermənistanın Baş prokuror Anna Vardapetyan sabiq müdafiə naziri Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsi tələbini irəli sürüb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Vardapetyan ölkə parlamentinin spikeri Alen Simonyana müxalifətin parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün üç vəsatət təqdim edib.

Baş Prokurorluq tərəfindən cinayət işinə başlanması üçün parlamentin razılığı lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR