Ermənistanın daha bir sabiq müdafiə nazirinə cinayət işi açılıb

Viqen Sarkisyan

© APA | Viqen Sarkisyan

# 09 fevral 2023 16:43 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyana qarşı cinayət işi açılıb.

APA Ermənistan Baş Prokurorluğuna istinadən xəbər verir ki, o, 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib.

Prokurorluq bununla Viqen Sarkisyanın dövlətə zərər vurduğunu bildirib.

Eks-nazirin həbs olunması üçün məhkəməyə müraciət olunub.

Qeyd edək ki, sabiq müdafiə nazirləri Seyran Ohanyan və David Tonoyanın da barələrində cinayət işi başlanıb. David Tonoyan həbs edilib.

Seyran Ohanyan hərbi hissənin ərazisini qanunsuz satmaqda ittiham olunur.

David Tonoyan silah-sursat təchizatında sui-istifadə hallarına yol verməkdə ittiham edilir. Keçmiş nazir və onunla birlikdə həbs olunanlar 4.6 milyon ABŞ dolları dəyərində yararsız raket almaqda təqsirli bilinirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR