Ermənistanın sabiq Baş Qərargah rəisinin oğlu həbs edilib

İqor və Yuri Xaçaturovlar

© APA | İqor və Yuri Xaçaturovlar

# 20 may 2022 10:24 (UTC +04:00)

Ermənistanın sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov məhkəmənin qərarı ilə həbs olunub.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Xaçaturov İrəvandakı etiraz aksiyaları zamanı narkotik vasitələrin təsiri altında polisə şiddət tətbiq etməkdə ittiham olunur.

Xaçaturovun barəsində Ermənistan Cinayət Məcəlləsinin 316.1-ci maddəsi ilə iş açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR