Ermənistanın sabiq müdafiə nazirinin işi Antikorrupsiya məhkəməsinə göndəriləcək

Ermənistanın sabiq müdafiə nazirinin işi Antikorrupsiya məhkəməsinə göndəriləcək
# 11 avqust 2022 15:44 (UTC +04:00)

Ermənistan sabiq müdafiə naziri David Tonoyanın cinayət işi Antikorrupsiya məhkəməsinə göndəriləcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə vəkil Sergey Ovanisyan açıqlama verib. O, hakim Manvel Şahverdyanın bununla bağlı qərar çıxardığını xatırladıb.

Xatırladaq ki, David Tonoyan və bir qrup yüksək rütbəli hərbçi istifadəyə yararsız aviasiya raketləri almaqda və dövlətə 4,6 milyon dollar zərər vurmaqda təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR