Ermənistanlı deputat Qarabağda 40 min erməninin yaşadığını etiraf edib - VİDEO

Ermənistanlı deputat Qarabağda 40 min erməninin yaşadığını etiraf edib - VİDEO
# 12 yanvar 2023 15:02 (UTC +04:00)

"Rusiya üçün 40 min qəzəbli Qarabağ ermənisinin Ermənistana gələrək hakimiyyət dəyişikliyi tələb etməsi pis olmazdı”.

APA erməni Telegram kanallarına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Viqen Xaçaturyan deyib.

O, bununla Qarabağda Ermənistan hakimiyyətinin iddia etdiyi kimi 120 min deyil, cəmi 40 min sakinin yaşadığını etiraf edib.

Erməni deputat əlavə edib ki, Qarabağ ermənilərinin Azərbaycanla birbaşa dialoqu olmalıdır.

Xatırladaq ki, Viqen Xaçaturyan hakim “Vətəndaş Müqaviləsi" partiyasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR