Fox News: ABŞ Ukraynadakı diplomatlarının ailələrini təxliyə edəcək - VİDEO

ABŞ-ın Ukraynadakı səfirliyi

© APA | ABŞ-ın Ukraynadakı səfirliyi

# 22 yanvar 2022 21:05 (UTC +04:00)

ABŞ-ın Dövlət Departamenti yanvarın 24-dən etibarən ölkənin Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrini təxliyə edəcək.

APA-nın xəbərinə görə, bu məlumatı “Fox News” televiziyasının əməkdaşı Lukas Tomlinson sosial media hesabında yazıb.

Jurnalist bildirib ki, “Dövlət Departamenti təxliyəyə bazar ertəsi başlayacaq”

Qeyd edək ki, bir müddət əvvəl “Bloomberg” agentliyi yaxın günlərdə xüsusi missiya yerinə yetirməyən diplomatlar və ailələrinin Kiyevdən çıxarılacağını xəbər vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR