Fransa Sünik vilayətinin keçmiş qubernatorunun Ermənistana ekstradisiyasından imtina edib

Surik Xaçatryan

© APA | Surik Xaçatryan

# 22 noyabr 2022 11:44 (UTC +04:00)

Fransa məhkəmə orqanları Ermənistanın Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana təhvil verməkdən imtina edib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Bildirilib ki, Xaçatryan barədə aparılan istintaq araşdırması nəticəsində onun Fransada olması barədə məlumat əldə edilib. Rəsmi Parisə onun təhvil verilməsi üçün müraciət olunub. Fransa məhkəmə orqanları Ermənistanın bu müraciətinə mənfi reaksiya verib.

Xatırladaq ki, Surik Xaçatryan barədə 2019-cu ildə irəli sürülən ittihama əsasən, o, vəzifə səlahiyyətlərini aşma, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı və bunların nəticəsi olaraq dövlətə külli miqdarda ziyan vurmaqda günahlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR