FSB Qaraçay-Çərkəz Respublikasında İŞİD-in 11 üzvünü saxlayıb

FSB Qaraçay-Çərkəz Respublikasında İŞİD-in 11 üzvünü saxlayıb
# 11 iyul 2022 11:10 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Qaraçay-Çərkəz Respublikasında İŞİD-in 11 üzvünü saxlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.

“Qaraçay-Çərkəz Respublikası ərazisində federal təhlükəsizlik xidməti region sakinlərini terror fəaliyyətinə cəlb etməkdə, habelə internetdə təbliğat aparmaqda əlaqəli olan 11 Rusiya vətəndaşını - Rusiya Federasiyasında qadağan olunmuş İŞİD beynəlxalq terror təşkilatının yeraltı dəstəsinin üzvlərini saxlayıb”, - deyə FSB-nin məlumatında qeyd olunub.

Axtarışlar zamanı saxlanılan şəxslərdən 10 ədəd odlu silah, 1 ədəd “Makarov” markalı tapança, kəsilmiş ov tüfəngi, 3 ədəd qumbara, külli miqdarda döyüş sursatı və onların qanunsuz fəaliyyətini ifşa edən vəsaitlər götürülüb. Saxlanılan şəxslər barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.4 ("Terrorçu birliyin təşkili və fəaliyyətində iştirak") və 205.2 ("Terrorizmin təbliği") maddələri ilə cinayət işi başlayıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR