Giorgi Tsereteli yenidən ATƏT PA-nın prezidenti seçilib

Giorgi Tsereteli yenidən ATƏT PA-nın prezidenti seçilib
  • Clock-gray 15:14
  • calendar-gray 08 İyul 2019

Giorgi Tsereteli yenidən ATƏT Parlament Assambleyasının (PA) prezidenti seçilib.

APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi xəbərə görə, qurumun Lüksemburqda keçirilən illik sessiyasında G. Tseretli ATƏT PA-nın prezidenti vəzifəsinə seçilib.

Onun səlahiyyət müddəti bu il başa çatırdı.

Qeyd edək ki, G. Tsereteli 2018-ci ilin iyulunda ATƏT PA-nın prezidenti seçilib.

Rumıniyadan Viktor Paul Dobre, Portuqaliyadan Nilza De Sena və Azərbaycandan Azay Quliyev qurumun vitse-prezidentləri seçiliblər. 

 

 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date