Karasin: “Rusiya və Gürcüstan son zamanlar yaranan vəziyyətdən çıxış yolu tapmalıdır"

Karasin: “Rusiya və Gürcüstan son zamanlar yaranan vəziyyətdən çıxış yolu tapmalıdır"
# 03 iyul 2019 11:44 (UTC +04:00)

“Rusiya və Gürcüstan son zamanlar yaranan vəziyyətdən çıxış yolu tapmalıdır”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Cenevrədə Cənubi Qafqazda təhlükəsizlik və stabillik üzrə danışıqlardan öncə bildirib.

“İyunun 20-21-dən sonra yaranan əlverişsiz vəziyyətdən çıxış yolu tapmaq məqsədilə biz bir-birimizi daha yaxşı anlamağa çalışacağıq. Bu vəziyyət bizim münasibətlərimiz üçün arzuolunmazdır”, - deyə Q.Karasin qeyd edib.

O əlavə edib ki, Gürcüstanda yaxın zamanda keçiriləcək seçkilərin anti-Rusiya gərginliyi fonunda baş tutmasını istəmir: “Nümayişlər, Rusiya əleyhinə bəyanatlar və şüarlar hər şeyi dağıtdı. İndi bizə müəyyən vaxt lazımdır. Biz daha yaxşı zamanı gözləməliyik”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR