Gürcü baş nazir "Rustavi 2" telekanalının aparıcısını təxribat yaratmaqda günahlandırıb

Gürcü baş nazir "Rustavi 2" telekanalının aparıcısını təxribat yaratmaqda günahlandırıb
# 08 iyul 2019 02:06 (UTC +04:00)

Gürcüstanın baş naziri Mamuka Baxtadze müxalifətçi “Rustavi 2” telekanalının aparıcısı Georgiya Qabuniyanı təxribat yaratmaqda və ölkədə sabitliyin pozulmazına cəhddə günahlandırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, aparıcı G.Qabuniyanın müəllifi olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına nalayiq ifadələr işlətməsi ölkədə etirazla qarşılanıb.

Bildirilir ki, aparıcı öz verilişini V.Putinin ünvanına rusca senzuradan kənar sözlər işlətməklə başlayıb. Onun bu çıxışı social şəbəkə istifadəçiləri tərəfindən də pis qarşılanıb və bunun iki ölkə arasında baş verən son münasibətlərə daha da mənfi təsir edəcəyi qeyd edilib.

“Bu gün “Rustavi 2” telekanalının efirində gördüklərimiz təxribatın və ölkəmizdə sabitliyin pozulmasına cəhdin iyrənc ifadəsindən başqa bir şey deyil. Bu tamamilə qəbuledilməzdir”, - deyə baş nazir “Twitter” hesabında yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR